AI keyfiyyətli data üzərində qurulur
Bir AI tətbiqini dörd mərhələdə real istifadəyə doğru aparın
AI Pilotundan Real İstifadəyə xidməti seçilmiş AI tətbiqini idarə olunan data əsasında dörd qərar mərhələsindən keçirir: datanın hazırlanması, həllin qurulması və yoxlanılması, istifadəyə verilməsi və monitorinq, sonda isə təhvil-təslim. Hər mərhələnin sonunda sənədləşdirilmiş nəticələrə əsasən davam etmək, plana yenidən baxmaq və ya işi dayandırmaq qərarını siz verirsiniz.
Təcrübəli rəhbər bir iş günü ərzində cavab verəcək. Heç bir öhdəlik yoxdur.
AI pilotları niyə real istifadəyə keçə bilmir?
Bir çox AI pilotu sınaq üçün birdəfəlik çıxarılmış data üzərində qurulur. Demo işləyir, amma data müxtəlif yerlərə səpələnib, keyfiyyəti və istifadə hüquqları aydın deyil. Nəticədə həll real iş mühitində etibarlı işləmir. Sonrakı pilotlar da eyni problemlə üzləşir.
Biznesə təsiri: Nəticə verməyən demolara xərclənən büdcə və vaxt, idarə heyətində isə AI tətbiqlərinə inamın azalması.
Bu vəziyyətlər sizə tanışdır?
“AI pilotlarımız sınaq mərhələsindən çıxa bilmir.”
“Model demoda işlədi. Amma iş bununla bitdi.”
“Pilotlarımız bir ildir davam edir, amma heç biri istifadəyə verilməyib.”
“Model üçün lazım olan dataya kimin cavabdeh olduğu bəlli deyil.”
Əvvəlcə data, sonra model
Etibarlı AI həlli üçün modelin özü kifayət deyil. Real iş mühitində davamlı istifadə oluna bilən, idarə olunan və izlənilə bilən data, həmçinin istifadəyə verildikdən sonra monitorinq lazımdır. Buna görə əvvəl data təməlini hazırlayır, sonra həlli qurur, yoxlayır və istifadəyə veririk. Hər mərhələnin sonunda növbəti addımla bağlı qərar qəbul olunur.
Hansı data təməlinə ehtiyac olduğu seçilmiş tətbiqdən və mövcud texnoloji mühitinizdən asılıdır. Həllin etibarlı işləməsi üçün lazım olan nəzarət mexanizmlərini və imkanları müəyyənləşdirir, layihə çərçivəsində nələrin qurulacağını sizinlə razılaşdırırıq.
Tələb oluna biləcək komponentlər:
- Məsul şəxsləri müəyyən edilmiş, idarə olunan data mənbələri
- Avtomatlaşdırılmış data keyfiyyəti yoxlamaları
- Metadata və datanın mənbədən istifadəyə qədər izlənməsi
- Təhlükəsiz, təkrar istifadə oluna bilən data ötürülməsi prosesləri
- Versiyaların idarə olunması və nəticələrin təkrar əldə edilməsi
- İstifadəyə verildikdən sonra monitorinq və geribildirim
AI ideyasından real istifadəyə
İki addım: əvvəl AI Tətbiq Ssenarilərinin Araşdırılması və Prioritetləşdirilməsi, sonra AI Pilotundan Real İstifadəyə.
- Addım 1AI Tətbiq Ssenarilərinin Araşdırılması və Prioritetləşdirilməsiinvestisiya etməyə dəyən tətbiqi seçin və onun üçün datanın hazırlığını yoxlayın.
- Addım 2Bu səhifəAI Pilotundan Real İstifadəyəseçilmiş tətbiqi hər mərhələnin sonunda ayrıca qərar verilən dörd mərhələdən keçirin.
Bu xidmətlərin hər birini ayrıca seçə bilərsiniz.
Dörd mərhələ — hər mərhələnin sonunda qərar
| Mərhələ | Məqsəd | Qərar |
|---|---|---|
| 1. Datanın hazırlığının qiymətləndirilməsi və hazırlanması | Datanın mövcudluğunu, keyfiyyətini, ona çıxış imkanlarını və texniki asılılıqları yoxlamaq, sonra datanı həll üçün hazırlamaq. | Qərar nöqtəsi 1: Həllin hazırlanmasına keçək? |
| 2. Həllin hazırlanması və yoxlanılması | Həlli hazırlamaq və onun məlumatların qorunması və uyğun insan nəzarəti daxil olmaqla razılaşdırılmış biznes, texniki, təhlükəsizlik və əməliyyat üzrə qəbul meyarlarına cavab verdiyini yoxlamaq. | Qərar nöqtəsi 2: Həll istifadəyə verilməyə hazırdırmı? |
| 3. İstifadəyə verilmə və monitorinq | Həlli İT komandanızla birgə nəzarətli qaydada istifadəyə vermək, real iş mühitində yoxlamaq və monitorinq aparmaq. | Qərar nöqtəsi 3: Həllin real iş mühitindəki nəticələrini qəbul edirikmi? |
| 4. Təhvil-təslim | Sənədləşdirməni və biliklərin ötürülməsini tamamlayaraq razılaşdırılmış məsuliyyətləri komandanıza təhvil vermək. | Qərar nöqtəsi 4: Yekun qəbul |
Adətən ilk nəticə belə olur
Təsdiqlənmiş tətbiq tələbləri, datanın hazırlığı və asılılıqlar üzrə qiymətləndirmə, həllin hazırlanmasına keçib-keçməmək barədə sənədləşdirilmiş qərar.
Təcrübəli rəhbər bir iş günü ərzində cavab verəcək. Heç bir öhdəlik yoxdur.
İş prosesi
Dörd ardıcıl mərhələ. Hər mərhələnin sonunda davam etmək, yenidən baxmaq və ya dayandırmaq barədə qərar verilir.
- Mərhələ 1Datanın hazırlığının qiymətləndirilməsi və hazırlanmasıQərar nöqtəsi 1: Həllin hazırlanmasına keçək?Davam etYenidən baxDayandır
- Mərhələ 2Həllin hazırlanması və yoxlanılmasıQərar nöqtəsi 2: Həll istifadəyə verilməyə hazırdırmı?Davam etYenidən baxDayandır
- Mərhələ 3İstifadəyə verilmə və monitorinqQərar nöqtəsi 3: Həllin real iş mühitindəki nəticələrini qəbul edirikmi?Davam etYenidən baxDayandır
- Mərhələ 4Təhvil-təslimQərar nöqtəsi 4: Yekun qəbulDavam etYenidən baxDayandır
Hər qərar nöqtəsində davam etmək, yenidən baxmaq və ya dayandırmaq barədə sənədləşdirilmiş qərar verilir. Hər mərhələdə görüləcək işlər, eləcə də büdcənin başqa tətbiqə yönəldilməsi razılaşdırılmış əməkdaşlıq şərtlərinə uyğun müəyyənləşdirilir.
Tipik AI tətbiqləri
| Proqnozlaşdırma və optimallaşdırma | Aşkarlama və qoruma | Anlama və avtomatlaşdırma |
|---|---|---|
| Tələbin proqnozlaşdırılması · Resursların planlaşdırılması · Müştəri itkisi və ya alış ehtimalı · Proqnoza əsaslanan texniki xidmət | Dələduzluq və anomaliya siqnalları · Risk Scoring · Keyfiyyət uyğunsuzluqları · Normativ tələblərə uyğunluq yoxlamaları | Sənədlərdən məlumat çıxarılması · Şirkət sənədlərinə əsasən sualları cavablandıran köməkçilər · Təsnifat və yönləndirmə · AI agentləri ilə iş prosesləri |
İşi kim həyata keçirir?
DataOfis rəhbərlərindən biri həllin layihələndirilməsini, icraya nəzarəti və mərhələsonu qərar baxışlarını əlaqələndirir. Biz qiymətləndirmə nəticələrini və tövsiyələri təqdim edirik; investisiya və davam etmə qərarlarını isə təşkilatınızda razılaşdırılmış qərarvermə qaydasına uyğun olaraq siz verirsiniz. Həlli DataOfis komandası və ya bizim layihələndirməmiz və nəzarətimiz altında işləyən icra tərəfdaşı hazırlayır. Sizin mühəndisləriniz də bu işə qoşula bilər.
Əməkdaşlığımız
- Təxmini müddət: Data və infrastrukturun uyğun səviyyədə hazır olduğu konkret tətbiq ssenarisi üçün adətən 8–16 həftə. Mürəkkəb inteqrasiyalar, təhlükəsizlik təsdiqləri, əlavə data mühəndisliyi və real iş mühitinə dair tələblər müddəti uzada bilər. Hər mərhələnin əhatə dairəsi başlamazdan əvvəl razılaşdırılır.
- DataOfis nəyi təmin edir: Razılaşdırılmış əhatə dairəsində nəzərdə tutulan layihə nəticələrini təqdim edirik. İcrada tərəfdaş iştirak etdikdə həllin layihələndirilməsini və işə nəzarəti DataOfis təmin edir.
- Hər mərhələnin sonunda qərar: Davam etmək, plana yenidən baxmaq və ya işi dayandırmaq barədə qərar hər mərhələnin sonunda sənədləşdirilir.
- Qəbul meyarları: Həll hazırlanmazdan əvvəl biznes, texniki, təhlükəsizlik və əməliyyat meyarları sizinlə razılaşdırılır; uyğunluq mərhələsonu qərar nöqtələrində yoxlanılır. Modelin nəticələri data və konkret tətbiqdən asılı olduğu üçün əvvəlcədən müəyyən performans göstəricisinə zəmanət vermirik.
- Ayrıca sifariş edilə bilər: Artıq uyğun AI tətbiqini seçmisinizsə, birbaşa bu xidmətdən başlaya bilərsiniz.
- İşə başlamaq üçün sizdən nə lazımdır: Tətbiqə cavabdeh biznes nümayəndəsi, tələb olunan dataya və data sahiblərinə çıxış, eləcə də istifadəyə verilmə prosesində İT komandanızın iştirakı.
Tez-tez verilən suallar
Bəli. Hər mərhələnin sonunda səbəblər göstərilməklə davam etmək, plana yenidən baxmaq və ya dayandırmaq qərarı sənədləşdirilir.
Artıq tətbiqi seçmisinizsə, buna ehtiyac yoxdur. Seçim hələ edilməyibsə, AI Tətbiq Ssenarilərinin Araşdırılması və Prioritetləşdirilməsi xidməti ilə başlamaq daha sürətli yoldur.
DataOfis komandası və ya DataOfis-in layihələndirməsi və nəzarəti altında çalışan icra tərəfdaşı. İstəsəniz, öz komandanızla da birgə işləyə bilərik.
Bəli. Tələbləriniz bunu tələb etdikdə və infrastrukturunuz imkan verdikdə həll sizin mühitinizdə işləyə bilər. Layihələndirmə data saxlanma yeri və təhlükəsizlik qaydalarınıza uyğun aparılır.
AI Pilotundan Real İstifadəyə xidməti konkret AI həllini hazırlayır və istifadəyə verir. Qərarvermə Analitikası və Qabaqcıl Analitika isə biznes qərarının və həmin qərarın verildiyi prosesin yaxşılaşdırılmasına yönəlib. Bəzi layihələrdə hər iki xidmət faydalı olur.
Adətən bəli. Əvvəl mövcud pilotu qiymətləndirir, sonra datadan başlayaraq onu dörd mərhələli prosesə daxil edirik.
Tez-tez birlikdə seçilən xidmətlər
Seçilmiş AI tətbiqini real istifadəyə yaxınlaşdırın
Bizimlə danışın. Seçdiyiniz AI tətbiqini və ya irəliləməyən pilotu müzakirə edək. İlk mərhələdə nələri yoxlamaq lazım olduğunu və növbəti qərarın nəyə əsaslanacağını müəyyənləşdirək.
Təcrübəli rəhbər bir iş günü ərzində cavab verəcək. Heç bir öhdəlik yoxdur.
Hələ tətbiq ssenarisini seçməmisiniz? AI Tətbiq Ssenarilərinin Araşdırılması