Əsaslı qərar üçün etibarlı data
Bütün təşkilatın etibar etdiyi vahid rəqəmlər
Data İdarəçiliyinin Tətbiqi xidməti data idarəçiliyini sənədlərdən gündəlik işə keçirir: vahid təriflər, müəyyən edilmiş data sahibləri və iş proseslərinə daxil edilən keyfiyyət nəzarətləri. Məqsəd rəqəmləri tutuşdurmağa daha az, qərar verməyə daha çox vaxt ayırmaqdır.
Təcrübəli rəhbər bir iş günü ərzində cavab verəcək. Heç bir öhdəlik yoxdur.
Eyni göstərici üçün fərqli rəqəmlər təqdim ediləndə
Maliyyə, risk və biznes istiqamətlərinin hər biri eyni göstəricini öz data çıxarışları əsasında hesablayır. Vahid tərifə kimin cavabdeh olduğu müəyyənləşdirilmədiyindən fərqləri aradan qaldırmaq çətinləşir. Data idarəçiliyi qaydaları kağız üzərində mövcuddur, amma gündəlik işdə tətbiq olunmur.
Biznesə təsiri: Rəqəmləri tutuşdurmağa sərf olunan görüşlər, gecikən qərarlar, hər tənzimləyici hesabatdan əvvəl əl ilə düzəlişlər və hesabatlara etibarın azalması.
Bu vəziyyətlər sizə tanışdır?
“Maliyyə, risk və biznes istiqamətlərinin hər biri fərqli rəqəm təqdim edir.”
“Tənzimləyici hesabatları hazırlamaq çox vaxt aparır, üstəlik hər dəfə əl ilə düzəliş etməli oluruq.”
“Data idarəçiliyi qaydalarımız var, amma onlara əməl olunmur.”
“Datanın haradan gəldiyini cəmi bir-iki nəfər bilir.”
Yazılı qaydalardan işlək nəzarət mexanizmlərinə
Bütün təşkilatı bir anda dəyişməyə çalışmırıq. Əvvəlcə ən vacib data, hesabat və biznes proseslərindən başlayırıq. Komandalarınızla birlikdə vahid tərifləri razılaşdırır, məsul şəxsləri müəyyənləşdirir və seçilmiş prioritet sahələr üçün data idarəçiliyi nəzarətlərini tətbiq edirik. Sonra bu yanaşmanı növbəti sahələrə mərhələli şəkildə genişləndiririk.
Yazılı qaydaları praktikaya keçirən altı komponent
- İş modeli:data idarəçiliyi rolları, qərarların qəbul edildiyi görüşlər və qərar səlahiyyətləri, o cümlədən biznes istiqamətlərindən data sahibləri və data üzrə məsul mütəxəssislər.
- Qaydalar və standartlar:gündəlik işdə tətbiq oluna bilən və əməkdaşların əməl etdiyi qısa, aydın qaydalar.
- Biznes terminləri və metadata:bütün istiqamətlərin razılaşdığı biznes tərifləri və datanın harada saxlandığını göstərən məlumatlar.
- Data keyfiyyəti:prioritet data üçün keyfiyyət qaydaları və yoxlamalar, eləcə də aşkar edilən problemlərin həllinə cavabdeh şəxslər.
- Datanın izlənməsi:əsas göstəricilərin haradan gəldiyini və mənbədən hesabata qədər necə hesablandığını göstərən izlənmə zənciri.
- Data idarəçiliyi texnologiyaları:mövcud texnoloji mühitinizə uyğun seçilən və bu işləri dəstəkləyən alətlər.
Adətən ilk nəticə belə olur
İlk prioritet göstəricilər üzrə razılaşdırılmış təriflər, müəyyən edilmiş data sahibləri və ilkin data idarəçiliyi modeli.
Təcrübəli rəhbər bir iş günü ərzində cavab verəcək. Heç bir öhdəlik yoxdur.
İşlər necə həyata keçirilir?
- Prioritet göstəriciləri seçirik.Rəhbərliklə birlikdə ilk növbədə hansı göstərici və hesabatlardakı uyğunsuzluqların aradan qaldırılacağını razılaşdırırıq.
- Məsul şəxsləri müəyyənləşdiririk.Data sahiblərini və data üzrə məsul mütəxəssisləri müəyyənləşdirir, qərarların hansı görüşlərdə qəbul ediləcəyini razılaşdırırıq.
- Vahid təriflər və izlənmə zənciri hazırlayırıq.Razılaşdırılmış prioritet data üzrə tərifləri sənədləşdirir, layihənin əhatə dairəsinə uyğun dərinlikdə datanın mənbədən istifadəyə qədər izlənməsini təmin edirik.
- Nəzarət mexanizmlərini tətbiq edirik.Data keyfiyyəti qaydalarını, problemlərin idarə olunması prosesini və mütəmadi monitorinqi qururuq.
- Təhvil verir və genişləndiririk.Komandanız nəzarət mexanizmlərini gündəlik işdə tətbiq edir. Sonra növbəti prioritet sahəyə keçirik.
Avtomatlaşdırılmış keyfiyyət yoxlamaları və datanın izlənməsi üçün texniki alətlər yalnız razılaşdırılmış işin əhatəsinə daxil olduqda qurulur. Bu işləri DataOfis-in layihələndirməsi və nəzarəti altında sizin komandanız və ya icra tərəfdaşları həyata keçirir.
Altı data idarəçiliyi komponentinin yazılı qaydalardan gündəlik işdə tətbiq olunan nəzarət mexanizmlərinə keçidini göstərən diaqram.
- 1İş modeliData idarəçiliyi rolları, qərar görüşləri və qərar səlahiyyətləri; biznes istiqamətləri üzrə data sahibləri və data üzrə məsul mütəxəssislər.
- 2Qaydalar və standartlarƏməkdaşların gündəlik işdə tətbiq etdiyi qısa və aydın qaydalar.
- 3Biznes terminləri və metadataRazılaşdırılmış biznes tərifləri və datanın harada saxlandığına dair məlumatlar.
- 4Data keyfiyyətiPrioritet data üzrə keyfiyyət qaydaları və yoxlamalar, hər problemin həllinə cavabdeh şəxslər.
- 5Datanın izlənməsiƏsas göstəricilərin mənbədən hesabata qədər haradan gəldiyi və necə hesablandığı.
- 6Data idarəçiliyi texnologiyalarıMövcud texnoloji mühitinizə uyğun seçilən dəstək alətləri.
İşi kim həyata keçirir?
Layihəyə DataOfis-in data idarəçiliyi üzrə təcrübəli rəhbərlərindən biri rəhbərlik edir. O, təşkilatınızın data sahibləri və data üzrə məsul mütəxəssisləri ilə birbaşa işləyir. Metadata, data keyfiyyəti və datanın izlənməsi üçün ekspert şəbəkəmizdən mütəxəssislər də cəlb olunur. Texniki alətlərin qurulması lazım gəldikdə bu işi DataOfis-in layihələndirməsi və nəzarəti altında icra tərəfdaşları həyata keçirir.
Rəhbərlərimiz iri təşkilatlarda biznes data sahiblərinin və data üzrə məsul mütəxəssislərin təyin edilməsi sahəsində təcrübəyə malikdirlər.
Əməkdaşlığımız
- İlkin mərhələnin təxmini müddəti: Müəyyən edilmiş bir prioritet sahə üçün 1–3 ay. Daha geniş tətbiqin müddəti və əhatəsi ayrıca razılaşdırılır.
- DataOfis nəyi təmin edir: Razılaşdırılmış layihə nəticələrini təqdim edirik. Texniki alətləri icra tərəfdaşı qurduqda onların layihələndirilməsi və işə nəzarət DataOfis tərəfindən həyata keçirilir.
- Ayrıca seçilə bilər: Birbaşa bu xidmətdən başlaya və ya əvvəlcə çatışmazlıqları müəyyənləşdirmək üçün Data və AI Hazırlığının Qiymətləndirilməsi xidmətini seçə bilərsiniz.
- İşə başlamaq üçün sizdən nə lazımdır: Layihəni dəstəkləyən rəhbərlik nümayəndəsi, data sahibi rolunu götürməyə hazır biznes rəhbərləri və əsas göstəriciləri hazırlayan əməkdaşlarla işləmək imkanı.
Tez-tez verilən suallar
Bəli. Sizin texnoloji mühitinizdə və təhlükəsizlik qaydalarınıza uyğun işləyirik. Ehtiyacınıza uyğun olduqda lokal (on-premise) və açıq mənbəli həlləri də tövsiyə edə bilərik.
Xeyr. Məqsəd gündəlik işdə tətbiq olunan data idarəçiliyidir: aydın məsuliyyət bölgüsü, işlək proseslər, tətbiq edilmiş nəzarətlər və mütəmadi monitorinq. Sənədlər bu işlərin yerini tutmur, onları dəstəkləyir.
Xeyr. Əvvəlcə rollar, vahid təriflər və proseslər müəyyənləşdirilir. Alətə ehtiyac yaranarsa, hər hansı vendorun maraqlarından asılı olmayan seçim etməyinizə kömək edirik.
Bəli. Tənzimləyici hesabatlarda istifadə olunan data üçün vahid təriflər, məsul şəxslər və izlənmə imkanı formalaşdırılır. Tənzimləyici qurumun nəticələri və qərarları isə həmin qurumun səlahiyyətində qalır.
Bəli. Data və AI Hazırlığının Qiymətləndirilməsi ilə əvvəlcə çatışmazlıqları öyrənib daha sonra uyğun data idarəçiliyi proqramına başlaya bilərsiniz.
Əlaqəli xidmətlər
Rəqəmlərinizdəki uyğunsuzluqları birlikdə araşdıraq
Bizimlə danışın. Ən çox çətinlik yaradan göstəriciləri müəyyənləşdirək, haradan başlamağın daha məqsədəuyğun olduğunu və ilk mərhələnin nələri əhatə edə biləcəyini müzakirə edək.
Təcrübəli rəhbər bir iş günü ərzində cavab verəcək. Heç bir öhdəlik yoxdur.
Əvvəlcə çatışmazlıqları müəyyənləşdirmək istəyirsiniz? Data və AI Hazırlığının Qiymətləndirilməsinə baxın