Data liderliyi

Data funksiyanız necə işləməli, qərarları kim verməlidir?

Data və AI Funksiyasının Dizaynı xidməti data və AI funksiyanızın nəyə cavabdeh olacağını, məsuliyyətlərin necə bölüşdürüləcəyini və qərarları kimin verəcəyini müəyyənləşdirir. Razılaşdırılmış təşkilati əhatə dairəsi üçün adətən 4–8 həftə ərzində biznes prioritetlərinə uyğun strategiya, iş modeli və prioritetləşdirilmiş təşəbbüslər portfeli hazırlanır.

Data üzrə ehtiyaclarınızı müzakirə edin

Təcrübəli rəhbər bir iş günü ərzində cavab verəcək. Heç bir öhdəlik yoxdur.

Data komandası var, amma aydın səlahiyyətləri yoxdur

Data komandası çox işləyir, amma hər istiqamətdən gələn sorğular arasında hansı işin prioritet olduğu bəlli deyil. Rollar üst-üstə düşür, qərarlar gecikir, biznes isə görülən işin faydasını hiss etmir. Bəzən də təşkilat data funksiyasını yeni qurmaq istəyir, amma onu necə təşkil edəcəyinə əmin deyil.

Biznesə təsiri: Ölçülə bilən nəticə olmadan artan komanda xərcləri, həm biznesdə, həm də data komandasında narazılıq və plansız investisiyalar.

Bu vəziyyətlər sizə tanışdır?

  • “Data komandamız var, amma biznes onun faydasını hiss etmir.”
  • “Data komandamızın bütün vaxtı gələn sorğuları yerinə yetirməyə gedir.”
  • “Data ilə bağlı qərarları kimin verdiyi bəlli deyil.”
  • “Bahalı platforma almışıq, amma heç kim ondan istifadə etmir.”

Əvvəlcə biznes ehtiyacları, sonra data funksiyası

İşə biznes prioritetlərinizdən və datadan asılı olan qərarlardan başlayırıq. Sonra data funksiyasının hansı işlərə cavabdeh olacağını, necə təşkil ediləcəyini, qərarların kim tərəfindən veriləcəyini və hansı təşəbbüslərin birinci gəlməli olduğunu müəyyənləşdiririk. Hazırlanan modeli tətbiq etmək sizin qərarınızdır; model heç bir platformadan və ya vendordan asılı deyil.

Nə əldə edəcəksiniz?

  • Biznes prioritetlərinə uyğun data və AI strategiyası
  • Rolları, qərar səlahiyyətlərini və data üzrə sorğuların qəbul edilərək prioritetləşdirilməsinin vahid qaydasını göstərən hədəf iş modeli
  • Prioritetləşdirilmiş təşəbbüslər portfeli
  • Data imkanlarının inkişaf modeli və yol xəritəsi

Adətən ilk nəticə belə olur

Biznes prioritetləri və data funksiyasının mövcud çətinlikləri üzrə ortaq baxış, eləcə də rəhbərliyin rollar, məsuliyyətlər və iş modeli barədə qəbul etməli olduğu əsas qərarlar.

Data üzrə ehtiyaclarınızı müzakirə edin

Təcrübəli rəhbər bir iş günü ərzində cavab verəcək. Heç bir öhdəlik yoxdur.

İş prosesi

  1. Prioritetləri öyrənirik.Biznes hədəflərini və datadan asılı olan qərarları öyrənmək üçün rəhbərliklə və biznes istiqamətlərinin nümayəndələri ilə görüşürük.
  2. Mövcud data funksiyasını qiymətləndiririk.Komandanın tərkibini, gördüyü işləri, istifadə etdiyi alətləri və daxil olan sorğuları təhlil edirik.
  3. İş modelini hazırlayırıq.İş modeli, rollar, qərar səlahiyyətləri və prioritetləşdirilmiş təşəbbüslər portfeli hazırlanır.
  4. Razılaşdırır və planlaşdırırıq.Hazırlanan modeli rəhbərliklə razılaşdırırıq; yol xəritəsində işlərin icra ardıcıllığını müəyyənləşdiririk.
Sorğulardan biznes hədəflərinəNümunəvi

Əvvəl: bir-birindən ayrı, əlaqəsiz sorğular. Sonra: hər tapşırıq konkret biznes hədəfi ilə əlaqələndirilir.

ƏVVƏL

  • Birdəfəlik hesabat
  • Data çıxarışı
  • Dashboard-da dəyişiklik
  • Yeni KPI
  • Təcili sorğu
  • Datada düzəliş
  • Birdəfəlik analiz

Bir-biri ilə əlaqəsiz sorğular növbəsi

SONRA

Gəliri artırınYeni KPIDashboard-da dəyişiklik
Xidmət xərclərini azaldınData çıxarışıBirdəfəlik analiz
Riskləri idarə edinDatada düzəlişBirdəfəlik hesabat

Hər tapşırıq konkret biznes hədəfi ilə əlaqələndirilir

İşi kim həyata keçirir?

DataOfis rəhbərlərindən biri sizin rəhbər komandanızla birgə bu işə rəhbərlik edir. Rəhbərlərimiz iri təşkilatlarda data funksiyalarına liderlik, təşkilati strukturun hazırlanması və dəyişikliklərin həyata keçirilməsi sahəsində təcrübəyə malikdirlər.

Əməkdaşlığımız

  • Təxmini müddət: Razılaşdırılmış təşkilati əhatə dairəsi üçün adətən 4–8 həftə.
  • DataOfis-in məsuliyyəti: Tövsiyələrin və hazırlanan iş modelinin keyfiyyəti və obyektivliyi. Qərarları siz verirsiniz, modelin tətbiqinin sahibi də sizsiniz.
  • Ayrıca sifariş edilə bilər: Daha sonra hazırlanmış data funksiyasına liderlik etmək üçün Fractional CDO xidmətini seçə bilərsiniz. Bu, ayrıca qərardır.

Tez-tez verilən suallar

Modeli sizin təşkilatınız tətbiq edir. Dəstəyə ehtiyac olduqda Fractional CDO bu funksiyaya rəhbərlik edə, digər xidmətlər isə konkret işlərin icrasında kömək edə bilər.

Bu xidmət data funksiyasının necə işləməli olduğunu müəyyənləşdirir. Əməkdaşlar və təşkilati strukturla bağlı qərarlar isə sizdə qalır.

Bəli. AI üzrə məsuliyyətlər, data idarəçiliyi, qərar səlahiyyətləri və strateji prioritetlər də iş modelinə daxil edilir. Konkret AI tətbiq ssenarilərinin ətraflı qiymətləndirilməsi isə ayrıca xidmətdir: AI Tətbiq Ssenarilərinin Araşdırılması və Prioritetləşdirilməsi.

Data və AI Hazırlığının Qiymətləndirilməsi mövcud data idarəetmə imkanlarını qiymətləndirir, çatışmazlıqları müəyyənləşdirir və təkmilləşdirmə yollarını tövsiyə edir. Data və AI Funksiyasının Dizaynı isə biznes prioritetlərini dəstəkləmək üçün data və AI funksiyasının necə təşkil olunacağını, idarə ediləcəyini və işləyəcəyini müəyyənləşdirir. Hər iki xidməti birlikdə seçmək olar.

Data funksiyanızın rolunu və məsuliyyətlərini müəyyənləşdirin

Bizimlə danışın. Data üzrə işlərin hazırda necə təşkil olunduğunu və hansı məqamların işləmədiyini öyrənək. Bu xidmətin sizin üçün doğru növbəti addım olub-olmadığını birlikdə qiymətləndirək.

Data üzrə ehtiyaclarınızı müzakirə edin

Təcrübəli rəhbər bir iş günü ərzində cavab verəcək. Heç bir öhdəlik yoxdur.

Data funksiyanıza təcrübəli lider lazımdır? Fractional CDO